Dövlət Komitəsinin əməkdaşlarına medallar təqdim olunub

Dövlət Komitəsinin əməkdaşlarına medallar təqdim olunub Bakı. 21 avqust. REPORT.AZ/ Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində (DQİDK) Azərbaycan Prezidenti İlham Əliyevin 31 iyul 2018-ci il tarixli sərəncamı ilə “Tərəqqi” və “Dövlət qulluğunda fərqlənməyə görə” medallarına layiq görülmüş əməkdaşlara medallar təqdim olunub.
Din
21 Avqust , 2018 16:57
Dövlət Komitəsinin əməkdaşlarına medallar təqdim olunub
0 : 00
0 : 00

Bakı. 21 avqust. REPORT.AZ/ Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində (DQİDK) Azərbaycan Prezidenti İlham Əliyevin 31 iyul 2018-ci il tarixli sərəncamı ilə “Tərəqqi” və “Dövlət qulluğunda fərqlənməyə görə” medallarına layiq görülmüş əməkdaşlara medallar təqdim olunub.

Bu barədə "Report"a Dövlət Komitəsindən məlumat verilib. 

Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı dövlət-din münasibətlərinin uğurla tənzimlənməsinə xüsusi önəm verən, bu sahənin inkişafını daim diqqət mərkəzində saxlayan dövlət başçısına rəhbərlik etdiy kollektiv adından dərin minnətdarlığını bildirib. 

Göstərilən etimadı doğrultmaq, verilən tapşırıqları vaxtında və yüksək səviyyədə yerinə yetirmək üçün daha böyük məsuliyyət və əzmkarlıqla çalışmağın zəruriliyini diqqətə çatdırıb.

Sonra Dövlət Komitəsinin sədri təltif olunan əməkdaşları təbrik edərək mükafatları sahiblərinə təqdim edib və onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

Orphus sistemi