Dövlət Komitəsi: Bir qrup şəxsin "Aşura" günü Gəncədəki “İmamzadə” ziyarətgahında etdiyi hərəkət ciddi qanun pozuntusudur

Dövlət Komitəsi: Bir qrup şəxsin "Aşura" günü Gəncədəki “İmamzadə” ziyarətgahında etdiyi hərəkət ciddi qanun pozuntusudur Şöbə müdiri: "Məsələ ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən müvafiq araşdırma aparılır"
Din
117
2 Oktyabr , 2017 17:48
Dövlət Komitəsi: Bir qrup şəxsin Aşura günü Gəncədəki “İmamzadə” ziyarətgahında etdiyi hərəkət ciddi qanun pozuntusudur

Bakı. 2 oktyabr. REPORT.AZ/ Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi "Aşura" günü Gəncədəki “İmamzadə” ziyarətgahı kompleksində bir qrup şəxslə polis arasında baş verən qarşıdurmaya münasibət bildirb. 

"Report"un sorğusuna cavab olaraq Dövlət Komitəsinin Dini qurumlarla iş üzrə şöbənin müdiri Əliheydər Zülfüqarov deyib ki, bu il “Aşura” mərasimləri qanunvericiliyə uyğun olaraq ibadətgahlarda (məscid və ziyarətgahlarda) və onlara məxsus ərazilərdə təşkil olunub, kənar yerlərdə kütləvi mərasimlərin keçirilməsi müşahidə edilməyib.

Onun sözlərinə görə, neqativ hal kimi qeydə alınan “Tasua” günü Gəncə şəhəri “İmamzadə” ziyarətgahı kompleksində nizam-intizamı, asayişi təmin edən polis əməkdaşlarına qarşı bir qrup şəxsin itaətsizlik göstərərək onlara, həmçinin din xadimlərinə fiziki xəsarət yetirməsi qanunvericliyin tələblərinin ciddi şəkildə pozulması kimi qiymətləndirilir: "Məsələ ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən müvafiq araşdırma aparılır".

O bildirib ki, insident qısa müddətdə aradan qaldırılıb, “Aşura” günü Gəncə şəhər “İmamzadə” ziyarətgah kompleksində mərasimlər normal şəkildə keçirilib.

Son xəbərlər

Orphus sistemi