Dövlət Komitəsi QMİ-nin azan təqviminə istinad etmələri üçün televiziyalara müraciət edəcək

Dövlət Komitəsi QMİ-nin azan təqviminə istinad etmələri üçün televiziyalara müraciət edəcək Komitə Qafqaz Müsəlmanları İdarəsi ilə birgə qanvermə aksiyası ilə bağlı təşviqat aparacaq
Din
126
13 Oktyabr , 2015 12:38
Dövlət Komitəsi QMİ-nin azan təqviminə istinad etmələri üçün televiziyalara müraciət edəcək

Bakı. 13 oktyabr. REPORT.AZ/ Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) Qafqaz Müsəlmanları İdarəsi (QMİ) ilə birgə Məhərrəm ayında qanvermə aksiyası ilə bağlı təşviqat aparacaq. “Report”un xəbərinə görə, bu barədə QMİ-də keçirilən tədbirdə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov məlumat verib.

O bildirib ki, DQİDK, həmçinin namaz, azan vaxtlarının açıqlanmasında yalnız QMİ-nin təqviminə istinad etmələri ilə bağlı ölkə ərazisində fəaliyyət göstərən KİV-lərə, o cümlədən televiziyalara müraciət edəcək.

Sədr müavini onu da bildirib ki, Məhərrəm ayında ölkədəki məscidlərdə baş verə biləcək neqativ halların qarşısının alınması üçün monitorinqlər aparılacaq.

Son xəbərlər

Orphus sistemi