Dini radikallığı təbliğ edən 55 adda kitabın Azərbaycana gətirilməsi qadağan olunub

Dini radikallığı təbliğ edən 55 adda kitabın Azərbaycana gətirilməsi qadağan olunub Ölkədə hazırlanan dini ədəbiyyatlardan üçündə dini dözümsüzlüyü təbliğ edən fikirlər aşkarlandığı üçün nəşri məqsədəuyğun sayılmayıb
Din
27 Dekabr , 2016 12:57
Dini radikallığı təbliğ edən 55 adda kitabın Azərbaycana gətirilməsi qadağan olunub

Bakı. 27 dekabr. REPORT.AZ/ “2016-cı il ərzində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində dini məzmunlu 1451 adda ədəbiyyata baxılıb, rəy verilib. Dini radikallığı təbliğ edən 55 adda kitabın Azərbaycana gətirilməsinə icazə verilməyib”.

“Report” xəbər verir ki, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib.

O bildirib ki, ölkədə çap olunmaq məqsədiylə 240 adda dini ədəbiyyat ekspertizadan keçirilib, onlardan üçündə dini dözümsüzlüyü təbliğ edən fikirlər aşkarlandığı üçün nəşri məqsədəuyğun sayılmayıb.

Son xəbərlər

Orphus sistemi