Dövlət Komitəsi Azərbaycan üzrə vahid namaz təqviminin tətbiqinə münasibət bildirib

Dövlət Komitəsi Azərbaycan üzrə vahid namaz təqviminin tətbiqinə münasibət bildirib "Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi QMİ-nin qəbul etdiyi namaz vaxtına bütün ölkədə riayət olunmasını məqsədəuyğun sayır"
Din
100
19 Dekabr , 2014 14:56
Dövlət Komitəsi Azərbaycan üzrə vahid namaz təqviminin tətbiqinə münasibət bildirib

Bakı. 19 dekabr. REPORT.AZ/ "Azərbaycan Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi şəriətlə bağlı məsələlərə müdaxilə etmir. İstər namaz vaxtları, istərsə də bayram namazlarının gününün və vaxtının təyin olunması birbaşa Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) səlahiyyətindədir". Bu barədə "Report"a komitənin mətbuat xidmətindən bildirilib.

"Dövlət Komitəsi Qafqaz Müsəlmanları İdarəsinin qəbul etdiyi namaz vaxtına bütün ölkədə riayət olunmasını məqsədəuyğun sayır və fəaliyyətini bu istiqamətdə qurur", - komitədən əlavə edilib.

Son xəbərlər

Orphus sistemi