​Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Hacıqabulda vətəndaşları qəbul edib

​Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Hacıqabulda vətəndaşları qəbul edib Müraciətlər əsasən dini icmaların dövlət qeydiyyatına alınması, məscidlərin təmiri və s. məsələlərlə bağlı olub
Din
17 Mart , 2016 16:16
​Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Hacıqabulda vətəndaşları qəbul edib

Bakı. 17 mart. REPORT.AZ/ Bu gün Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Hacıqabul şəhərindəki Heydər Əliyev Mərkəzində Şirvan şəhərindən, Hacıqabul və Qobustan rayonlarından olan sakinləri qəbul edib.

Bu barədə "Report"a komitənin mətbuat xidmətindən məlumat verilib.

Qəbulda vətəndaşlar əsasən dini icmaların fəaliyyəti, onların dövlət qeydiyyatına alınması, məscidlərin təmiri, dini mərkəzlərin müvafiq ədəbiyyatla təminatı və digər məsələlərlə bağlı müraciət ediblər.

Müraciətlərin bir qismi yerindəcə həllini tapıb. Araşdırılmasına ehtiyac olan bir sıra məsələlərin qanunvericiliyə uyğun, operativ həlli üçün müvafiq tapşırıqlar verilib. Komitənin səlahiyyətlərinə aid olmayan məsələlərə dair müraciətlər isə aidiyyəti qurumlara çatdırılmaq üçün qeydiyyata alınıb.

Son xəbərlər

Orphus sistemi