Dini Komitənin sədri Bəhreyndə beynəlxalq konfransda iştirak edəcək

Dini Komitənin sədri Bəhreyndə beynəlxalq konfransda iştirak edəcək Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov Bəhreyndə "Bir ümmət, ortaq tale" mövzusuna həsr olunmuş islamdaxili dialoq konfransında iştirak edəcək.
Din
18 fevral 2025 05:13
Dini Komitənin sədri Bəhreyndə beynəlxalq konfransda iştirak edəcək

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov Bəhreyndə "Bir ümmət, ortaq tale" mövzusuna həsr olunmuş islamdaxili dialoq konfransında iştirak edəcək.

Bu barədə "Report"a Dövlət Komitəsindən məlumat verilib.

Bildirilib ki, fevralın 19-20-si keçiriləcək tədbir Bəhreyn Kralı Əlahəzrət Kral Həməd bin İsa Əl Xəlifənin himayəsi altında, Müsəlman Ağsaqqallar Şurasının sədri, Əl-Əzhər əş-Şərifin şeyxi, böyük imam doktor Əhməd əl-Tayyibin təşəbbüsü ilə təşkil olunur.

Konfransa dünyanın bir çox ölkələrindən dövlət rəsmiləri, dini qurumların rəhbərləri, elm və ictimaiyyət nümayəndələri, din xadimləri qatılacaqlar.

Tədbirin məqsədi dialoq, məsləhətləşmələr və ümumi prinsiplər üzrə qarşılıqlı anlaşmanın təşviq edilməsi, İslam həmrəyliyini inkişaf etdirmək, müsəlman dünyası, eləcə də bəşəriyyət üçün parlaq bir gələcək naminə birgə səylərin ortaya qoyulmasıdır.

Son xəbərlər

Orphus sistemi