Deputat: "İran rejimi din vasitəsilə Azərbaycanda qarşıdurma yaratmağa çalışır"

Deputat: "İran rejimi din vasitəsilə Azərbaycanda qarşıdurma yaratmağa çalışır" İran rejimi din vasitəsilə Azərbaycanda qarşıdurma yaratmağa çalışır.
Din
30 Mart , 2023 16:14
Deputat: İran rejimi din vasitəsilə Azərbaycanda qarşıdurma yaratmağa çalışır

İran rejimi din vasitəsilə Azərbaycanda qarşıdurma yaratmağa çalışır.

“Report” xəbər verir ki, bu barədə Milli Məclisin deputatı Ceyhun Məmmədov “Azərbaycanda dövlət-din münasibətləri: real durum və perspektivlər” mövzusunda keçirilən iclasda çıxışı zamanı deyib.

Onun sözlərinə görə, hazırda bəzi dövlətlərin, o cümlədən İran rejiminin Azərbaycanda dindən siyasi məqsədlər və insanlar arasında qarşıdurma yaratmaq məqsədilə istifadə etməsinə, dindarlar arasında radikal fikirlərin yayılmasına çalışması açıq hiss olunur: “Həmin qüvvələr dindar insanları siyasi proseslərə və münaqişələrə cəlb edərək onlardan hakimiyyətə qarşı istifadə etməyə, dini məsələləri siyasiləşdirməyə çalışırlar. Ancaq Azərbaycanın müvafiq dövlət qurumları ölkədə dini sabitliyin qorunması, dini dözümlülük ənənələrinin qorunub saxlanılması və radikallıq meyillərinin qarşısının alınması istiqamətində ardıcıl tədbirlər həyata keçirir”.

Ceyhun Məmmədov
Ceyhun Məmmədov

Son xəbərlər

Orphus sistemi