Dövlət Komitəsi: "Qəbir daşları ilə bağlı tətbiq ediləcək qaydalar yalnız yeni salınan məzarlıqlara şamil ediləcək"

Dövlət Komitəsi: "Qəbir daşları ilə bağlı tətbiq ediləcək qaydalar yalnız yeni salınan məzarlıqlara şamil ediləcək" Mübariz Qurbanlı: "Məzar yerləri sıra şəklində qeydiyyat nömrələrinin ardıcıllığına uyğun olaraq ayrılmalıdır"
Din
30 Sentyabr , 2014 15:26
Dövlət Komitəsi: Qəbir daşları ilə bağlı tətbiq ediləcək qaydalar yalnız yeni salınan məzarlıqlara şamil ediləcək
Bakı. 30 sentyabr. REPORT.AZ/ “Bahalı qəbir daşları ilə bağlı məsələnin qanunla, yaxud qaydalar formasında tənzimlənməsi zəruriləşib. Qanunların geriyə tətbiqi mümkün olmadığına görə, qaydalar yalnız yeni salınan məzarlıqlara və yaxud mövcud qəbiristanlardakı boş yerlərə şamil oluna biləcək”.

“Report”-un məlumatına görə, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədri Mübariz Qurbanlı “Azərbaycan” qəzetinə müsahibəsində deyib. O bildirib ki, hazırda komitədə layihə üzərində iş gedir: “Bütün məzarlar standart ölçüdə olmalıdır. Heç kəs qəbiristanlarda əlavə yerləri hasara alıb zəbt etməməlidir. Məzar yerləri sıra şəklində qeydiyyat nömrələrinin ardıcıllığına uyğun olaraq ayrılmalıdır”.

Son xəbərlər

Orphus sistemi