Cəbhə bölgəsində "İnsan hüquqları aylığı" mövzusunda tədbir keçirilib

Cəbhə bölgəsində "İnsan hüquqları aylığı" mövzusunda tədbir keçirilib Məqsəd il ərzində insan hüquqları sahəsində əldə edilən nailiyyətləri və problemlərin həlli yollarını müəyyənləşdirməkdir
Din
31 May , 2016 20:51
Cəbhə bölgəsində İnsan hüquqları aylığı mövzusunda tədbir keçirilib

Bakı. 31 may. REPORT.AZ/ Ağdam rayonunun Bənövşələr qəsəbəsində "İnsan hüquqları aylığı" mövzusunda tədbir keçirilib. Tədbir Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Ağcabədi bölgəsi üzrə şöbəsi və Ağdam Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə baş tutub. Bu barədə "Report"a Komitədən bildirilib.

Məlumata görə, tədbirdə Ağdam Rayon İcra Hakimiyyəti Aparatının İctimai-siyasi və humanitar məsələlər üzrə şöbə müdirinin müavini-dini qurumlarla işin təşkilatçısı Mehman Mustafayev, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Ağcabədi bölgəsi üzrə şöbəsinin əməkdaşı Vüqar Kərimov, Xındırıstan kənd məscidi dini icmasının sədri Barat Bağırov, məktəbin müəllimləri, icra başçısının qəsəbə üzrə nümayəndəsinin müavini Sahib Hüseynov, şəhid ailələri, icma üzvləri və dindarlar iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan Barat Bağırov "İnsan hüquqları aylığı” mövzusunda keçirilən tədbir barədə məlumat verib.

M.Mustafayev qeyd edib ki, bu aylığın məqsədi il ərzində insan hüquqları sahəsində əldə edilən nailiyyətləri və problemlərin həlli yollarını müəyyənləşdirməkdir.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Ağcabədi bölgəsi üzrə şöbəsinin əməkdaşı Vüqar Kərimov öz çıxışında müasir cəmiyyətin əsas sahələrindən biri olan insan hüquqlarının aliliyindən və Azərbaycan Respublikasının Konstitusiyasının 48-ci maddəsi haqqında tədbir iştirakçılarına məlumat verib. 

Son xəbərlər

Orphus sistemi