Cəbhə bölgəsində dini radikalizm məsələsi müzakirə olunub

Cəbhə bölgəsində dini radikalizm məsələsi müzakirə olunub "Azərbaycan dövləti hər zaman dinə və dindarlara qayğı göstərir"
Din
18 Oktyabr , 2016 15:01
Cəbhə bölgəsində dini radikalizm məsələsi müzakirə olunub

Bakı. 18 oktyabr. REPORT.AZ/ Füzuli Rayon İcra Hakimiyyəti və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə Horadiz şəhərində "Dini radikalizmlə mübarizədə dini icmaların fəaliyyətinin təşkili" mövzusunda tədbir keçirilib.

Komitənin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, tədbirdə Füzuli Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin birinci müavini Səyyad Salahlı, Dövlət Komitəsinin Ağcabədi bölgəsi üzrə şöbəsinin müdiri Əlizadə Nəcəfov, şöbənin və Füzuli Rayon İcra Hakimiyyəti başçısı Aparatının əməkdaşları, ərazi icra nümayəndələri, bələdiyyə sədrləri, hüquq-mühafizə orqanlarının rəhbərləri, müharibə veteranları və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Füzulinin icra başçısı Alı Alıyev rayondakı dini durumla bağlı ətraflı məlumat verib, həmçinin dövlət-din münasibətlərinə toxunaraq qeyd edib ki, Azərbaycan dövləti hər zaman dinə və dindarlara diqqət və qayğı göstərməkdədir.

DQİDK sədrinin birinci müavini Səyyad Salahlı Azərbaycanda həyata keçirilən dini radikalizmlə mübarizə tədbirlərindən danışıb. O, çıxışında dövlət-din münasibətlərindən, ölkəmizdə milli-mənəvi və islami dəyərlərin qorunması və təbliği sahəsində görülən işlərdən geniş bəhs edib. Dövlət Komitəsi sədrinin birinci müavini gənclərin, ziyalıların və din xadimlərinin, bütövlükdə cəmiyyətin dini radikalizmlə mübarizədə fəal olmalarının vacib olduğunu vurğulayıb.

Son xəbərlər

Orphus sistemi