Baş nazirin müavini: "Ayıq-sayıq olmalıyıq ki, din ictimai-siyasi requlyator rolunda çıxış etməsin"

Baş nazirin müavini: "Ayıq-sayıq olmalıyıq ki, din ictimai-siyasi requlyator rolunda çıxış etməsin" Hazırkı dövrdə insanlar fərdi şəkildə qavrayıb dinə gəlirlər
Din
5 Dekabr , 2014 13:39
Baş nazirin müavini: Ayıq-sayıq olmalıyıq ki, din ictimai-siyasi requlyator rolunda çıxış etməsin

Bakı. 5 noyabr. REPORT.AZ/ Regiondakı bir sıra müsəlman ölkələrində dini radikalizmin meydana gəlməsi orada dinin özünü ictimai-siyasi requlyator rolunu oynamağa çalışmasıdır. Azərbaycan üçün isə bu, xas olmayan hal olsa da, biz yenə də ayıq-sayıq olmalıyıq ki, din ictimai-siyasi requlyator rolunda çıxış etməsin.

"Report"  xəbər verir ki, bunu baş nazirin müavini, YAP sədr müavini Əli Əhmədov Yeni Azərbaycan Partiyasının (YAP) Binəqədi Rayon Təşkilatında "Milli Mənəvi Dəyərlərimiz: Tarixlik, Varislik və Müasirlik" mövzusunda gənclərlə keçirilən görüşdə bildirib.

"Şəxsən mənim düşüncəmə görə, din bizdə olduğu kimi milli-mənəvi dəyərlərin nüvəsi rolunda çıxış etsin, müəyyən məsələlərə təkan versin, lakin ictimai-siyasi requlyator rolunda çıxış etməsin. Belə olan halda cəmiyyətdə radikalizmin, qarşıdurmanın meydana gəlməsinin qarşısı alınar”, - Ə.Əhmədov deyib.

YAP sədr müavini hesab edir ki, əgər bir insan İslamın buyurduğu normal şərtlər ilə özünü müsəlman hiss edirsə, deməli o müsəlmandır: "Daha əlavə hansısa şərtlərin gətirilməsinə müasir cəmiyyət üçün ehtiyac yoxdur. Məsələn, mən hesab etmirəm ki, kimsə gündə 5 dəfə namaz qılırsa, o daha yaxşı müsəlmandır, kimsə bu qədər qılmırsa yaxşı müsəlman deyil. İndiki dövrün tələbləri baxımından yanaşsaq müsəlmançılığın şərtləndirən kriteriyaları bunda axtarmaq düzgün deyil. İndiki dövrün həyat tələbləri baxımından dini ayinləri, ibadətləri olduğu kimi yerinə yetirmək qeyri mümkündür. Hər gün mütəmadi ibadət yerlərinə getmək və sair, qeyri mümkündür".

Ə.Əhmədov vurğulayıb ki, hazırkı dövrdə insanlar fərdi şəkildə qavrayıb dinə gəlirlər.

Son xəbərlər

Orphus sistemi