Bakıda Vüqar Həşimov Memorialının açılış mərasimi keçirilib

Bakıda Vüqar Həşimov Memorialının açılış mərasimi keçirilib Bakıda Azərbaycanın görkəmli şahmatçısı, Avropa çempionu Vüqar Həşimovun xatirəsinə həsr olunan 7-ci beynəlxalq superturnirin açılış mərasimi keçirilib.
Din
18 Dekabr , 2021 15:45
Bakıda Vüqar Həşimov Memorialının açılış mərasimi keçirilib

Bakıda Azərbaycanın görkəmli şahmatçısı, Avropa çempionu Vüqar Həşimovun xatirəsinə həsr olunan 7-ci beynəlxalq superturnirin açılış mərasimi keçirilib.

"Report"un məlumatına görə, "Fairmont Baku" hotelində gerçəkləşən tədbirdə gənclər və idman naziri Fərid Qayıbov, Azərbaycan Şahmat Federasiyasının (AŞF) prezidenti və FIDE-nin vitse-prezidenti Mahir Məmmədov, mərhum qrossmeysterin atası, turnirin Təşkilat Komitəsinin sədri Qasım Həşimov, Təşkilat Komitəsinin üzvü, Azərbaycan Yazıçılar Birliyinin katibi, Xalq yazıçısı Çingiz Abdullayev, Avropa Şahmat İttifaqının prezidenti Zurab Azmayparaşvili və şahmatçılar iştirak ediblər.

F.Qayıbov bildirib ki, yarış artıq 7-ci dəfə təşkil olunur. Nazir V.Həşimovun bütün dünyada tanındığını deyərək, onun Qısa, amma mənalı ömür yaşadığını vurğulayıb. Şahmatın daim dövlət qayğısı altında olduğunu söyləyən F.Qayıbov mərhum qrossmeysterin ailəsinə onun adı ilə bağlı məktəb yaratdıqları üçün təşəkkürünü bildirib.

M.Məmmədov 2 ildən çox fasilədən sonra baş tutan memorialın ilk dəfə Bakıda keçirildiyini xatırladıb. O, ənənəvi olaraq, yarışa dünyanın ən aparıcı şahmatçıların qatıldıqlarını xatırladıb. Pandemiya dövründə turniri təşkil edən bilmədiklərini deyən federasiya rəhbəri növbəti turnirləri işğaldan azad edilmiş Qarabağda təşkil etmək istəklərini dilə gətirib.

O, turnirin davamlı keçirilməsində Prezidenti İlham Əliyevin böyük rolunun olduğunu deyərək, ona şahmat ailəsi adından minnətdarlıq edib. O, memorialın keçirilməsində rolu olan bütün qurumlara təşəkkür edib.

Vüqar Həşimovun Azərbaycan və dünya şahmatındakı yerinə də toxunan M.Məmmədov 2009-cu il Avropa çempionluğunu qazanmasında xüsusi rolundan danışıb. O, bütün yarış iştirakçılarına uğurlar arzulayıb.

Vüqar Həşimovun atası, turnirin Təşkilat Komitəsinin sədri Qasım Həşimov bütün şahmatçıları salamlayıb. O, əvvəlki 6 turnirə ev sahibliyi etmiş Şəmkirin sakinlərinə minnətdarlıq edib. Q.Haşımov hazırkı turnirdə 3 iştirakçının dünya çempionluğu uğrunda qarşılaşmada norveçli Maqnus Karlsenə rəqib olduqlarını vurğulayaraq, bunu turnirin yüksək səviyyəli olmasından xəbər verdiyini söyləyib. O, hazırkı turnirdə Hindistan səfirinin iştirak etdiyini deyərək, Azərbaycanın xarici ölkələrdəki səfirlərinini də şahmatçılarımıza həmin ölkələrdəki çıxışları zamanı dəstək olmağa çağırıb.

V.Həşimovun 8 yaşından Azərbaycanı beynəlxalq arenada təmsil etdiyini vurğulayan atası "Onun haqqında danışsam, gərək bu turniri ləğv edək. Vüqarın bir neçə devizi var idi. Bunlar onun son günlərədək vətənpərvərlik hissləri ilə yaşadığını göstərir".

Daha sonra turnirin baş hakimi, AŞF-nin vitse-prezidenti Faiq Həsənov turnirin püşkatma mərasimini həyata keçirib.

Son xəbərlər

Orphus sistemi