Bakıda "Milli-mənəvi ailə dəyərləri: ənənə və müasirlik"mövzusunda konfrans keçirilir

Bakıda "Milli-mənəvi ailə dəyərləri: ənənə və müasirlik"mövzusunda konfrans keçirilir "Bizim bundan sonra da birgə tədbirlərimiz davam edəcək"
Din
383
28 Noyabr , 2014 10:38
Bakıda Milli-mənəvi ailə dəyərləri: ənənə və müasirlikmövzusunda konfrans keçirilir

Bakı. 28 noyabr. REPORT.AZ/ Azərbaycan Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) birgə təşkilatçılığı ilə "Milli-mənəvi ailə dəyərləri: ənənə və müasirlik" mövzusunda konfrans başlayıb.

"Report"un məlumatına görə, konfransda çıxış edən DQİDK sədri Mübariz Qurbanlı Azərbaycanda milli-mənəvi dəyərlərin qorunmasının və bu dəyərlərdən irəli gələn ənənələrin yaşadılmasının vacibliyini vurğulayıb.

M.Qurbanlı qeyd edib ki, ölkədə dini zəmində qarşıdurma yaradanların qarşısı alınmalıdır: "Bu işdə qadınların da rolu əhəmiyyətlidir. Bizim bundan sonra da birgə tədbirlərimiz davam edəcək".

Tədbirin sonunda iki qurum arasında 2015-ci ildə keçiriləcək tədbirlər planı imzalanacaq.

Son xəbərlər

Orphus sistemi