Bakıda “İslam dünyasında həmrəylik: dünən, bu gün, sabah” mövzusunda konfrans keçirilib

Bakıda “İslam dünyasında həmrəylik: dünən, bu gün, sabah” mövzusunda konfrans keçirilib Dövlət Komitəsinin rəsmisi: "2050-ci ildə dünyada müsəmanlarla xristianların sayı bərabərləşəcək"
Din
368
18 Sentyabr , 2017 12:58
Bakıda “İslam dünyasında həmrəylik: dünən, bu gün, sabah” mövzusunda konfrans keçirilib
Report/ Elşən Baba

Bakı. 18 sentyabr. REPORT.AZ/ Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə “İslam dünyasında həmrəylik: dünən, bu gün, sabah” mövzusunda konfrans keçirilib.

“Report” xəbər verir ki, Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov bildirib ki, İslam dünyasında həmrəylik mövzusu yeni deyil: "İslam həmrəyliyi ideyasının yaşı çox olsa da, ideyanın reallaşması istiqamətində ciddi işlər görülmədiyindən ciddi nəticəsi də olmayıb. İslam tarixində ilk dəfə olaraq Azərbaycanda reallaşan İslam həmrəyliyi çağrışı ölkə hüdudlarından kənara çıxır, bütün dünyanı əhatə edir. Biz İslam həmrəyliyi ilə bağlı çağrışların bütün dünya müsəlmanlarına çatması üçün çox işlər gördük. Bir sıra konfranslar keçirildi və Türkiyə, İspaniya, Özbəkistan və digər ölkələrdə də keçirilməsi planlaşdırılır. Biz İslam həmrəyliyi ideyasını yalnız müsəlman aləmində deyil, digər ölkələrdə də təbliğ etməyi hədəfləmişik".

Onun sözlərinə görə, İslam həmrəyliyi adına tarixdə baş verənlər heç də xoş mənzərə doğurmayıb: “Bu gün İslam dünyasında bir sıra münaqişələr var. Hesab edirik ki, İslam dünyası Azərbaycanın İslam həmrəyliyi ilə bağlı çağrışlarına hansı səviyyədə cavab verəcəksə, İslam həmrəyliyinin gələcəyi də o şəkildə olacaq”.

Dövlət Komitəsinin Dini maariflədirmə işinin təşkli şöbəsinin müdir müavini Ruslan Əsgərov deyib ki, son zamanlar İslam dünyasında xaricdən dəstəklənən münaqişələr, müharibələr daha aktual forma alıb: “Formasından asılı olmayaraq, baş verən münaqişələr böyük fəlakətlərə səbəb olur”.

O, 1950-2017-ci illərdə dünyada müsəlmanların artım tempinə də toxunaraq qeyd edib ki, 2050-ci ildə dünyada müsəmanlarla xristianların sayı bərabərləşəcək.

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədr müavini Qəmər Cavadlı vurğulayıb ki, Azərbaycanın İslam həmrəyliyi ideyası, çağırışı təkcə müsəlman aləmi ilə çərçivəli qalmayıb. Bütün dünyada yüksək səviyyədə qarşılanıb.

Onun sözlərinə görə, Azərbaycan Prezidenti İlham Əliyevin, Azərbaycan xalqının həmrəylik çağırışı sabaha doğru bir çağırışdır: “Biz bu çağırışı etdik. Gələcəkdə necə olacağını isə bu gün demək çətindir. Bu çağırışın çox böyük ictimai-siyasi əhəmiyyəti də mövcuddur. İslamda həmrəylik məsələsi “Qurani-Kərim”də yer alıb. Bu ideyanın banisi Məhəmməd peyğəmbərdir". 

Son xəbərlər

Orphus sistemi