Bakı. 18 avqust. REPORT.AZ/ Avqustun 14-dən Bakı İslam Universitetində (BİU) ali məktəbə qəbul olunan tələbələrin dini-psixoloji vəziyyətinin yoxlanılması üçün fəaliyyətə başlayan Dini-Psixoloji Komissiyanın işi uzadılıb.
Ali təhsil müəssisəsindən "Report"a verilən məlumata görə, komissiya fəaliyyətini avqustun 19-u saat 18:00-dək davam etdirəcək.
BİU-nun məlumatına görə, əlavə müraciətlər olduğundan Komissiyanın vaxtının uzadılmasına zərurət yaranıb.
Qeyd edək ki, Komissiyanın tərkibində Dövlət İmtahan Mərkəzinin nümayəndəsi və psixoloq nəzarətçi, Təhsil Nazirliyinin nümayəndəsi, Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədr müavini hacı Fuad Nurullah, BİU-nun prorektoru Elçin Həsənli, kafedra müdirləri Əlirza Qafarov, Elvin Talışınski və tədris müdiri Əbülfət Vəliyev təmsil olunur.