“Report”un xəbərinə görə, dəyişikliklə dini qurumların dövlət qeydiyyatı haqqında məlumatların Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin rəsmi nəşri olan “Cəmiyyət və din” qəzetində çap edilməsi məcburiləşdirilib.
Xatırladaq ki, indiyədək qeyri-kommersiya qurumlarının və təhsil müəssisələrinin dövlət qeydiyyatı haqqında məlumatların dərci barədə Ədliyyə Nazirliyi tərəfindən buraxılan “Ədliyyə” qəzetində, kommersiya hüquqi şəxslərinin dövlət qeydiyyatı haqqında məlumatların dərci isə Vergilər Nazirliyi tərəfindən buraxılan “Vergilər” qəzetində (kommersiya hüquqi şəxslərin təsisçiləri (iştirakçıları) və onların nizamnamə kapitalındakı payları barədə məlumatlar istisna olmaqla) dərc olunub.