Azərbaycan Dövlət Komitəsinin sədri: “Dini radikalizm xristianlıqda, yəhudi dinində, buddizmdə də var”

Azərbaycan Dövlət Komitəsinin sədri: “Dini radikalizm xristianlıqda, yəhudi dinində, buddizmdə də var” "Xristian dinində də radikalizmə qarşı xristian kilsəsi açıq şəkildə mübarizə aparır. Bu, digər dinlərə də aiddir”
Din
13 Oktyabr , 2014 15:24
Azərbaycan Dövlət Komitəsinin sədri: “Dini radikalizm xristianlıqda, yəhudi dinində, buddizmdə də var”

Bakı. 13 oktyabr. REPORT.AZ/ “Dini radikal qruplardan danışarkən bunu yalnız islama aid etmək düzgün olmazdı. Dini radikalizm xristianlıqda, yəhudi dinində, buddizmdə də var. Yəni dini radikalizmin hansısa formada üzə çıxması nəticə etibarilə həmin ərazilərdə toqquşmaların baş verməsinə gətirib çıxarır”.

“Report”un məlumatına görə, bunu Azərbaycan Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz QurbanlıYAP-ın rəsmi saytına müsahibəsində deyib. Onun sözlərinə görə, dini radikal çağırışlar ya dinlərarası, ya da dindaxili toqquşmalara gətirib çıxara bilər: “Dini radikal qrupların xristian, islam, buddist, iduaist olmasından asılı olmayaraq, təzahür etməsi yolverilməzdir və onlarla kəskin mübarizə getməlidir. Xristian dinində də radikalizmə qarşı xristian kilsəsi açıq şəkildə mübarizə aparır. Bu, digər dinlərə də aiddir”.

Komitə sədri bildirib ki, bəzən Qərb mətbuatında dini radikalizmdən və terrordan danışarkən bunu islama bağlamağa cəhd edirlər: “Bu da İslam dinini gözdən salmaq üçün aparılan təbliğatlardan biridir. İslam dini müqəddəsdir və onun əsas mahiyyəti də sülhdür, dostluqdur və insanları doğru yola çağırır. İslam terrordan uzaq bir dindir. İslam dini adı altında terrora rəvac verənlər isə nəticə etibarilə bu dinə qarşı olanlardır. Çünki bütün bunlar islamı gözdən salmağa yönələn addımlardır”.

Son xəbərlər

Orphus sistemi