"Azərikimya" Sumqayıtda iftar süfrəsi təşkil edib

"Azərikimya" Sumqayıtda iftar süfrəsi təşkil edib Birlik Ramazan ayının sonuna qədər bu cür mərasimləri davam etdirəcək
Din
28 İyun , 2016 19:10
Azərikimya Sumqayıtda iftar süfrəsi təşkil edib

Bakı. 28 iyun. REPORT.AZ/ "Azərikimya" İstehsalat Birliyi şəhid ailələri, əlillər, müharibə veteranları, öz yurd-yuvasından didərgin düşmüş qaçqın və məcburi köçkün ailələri və aztəminatlı ailələr üçün iftar süfrələri təşkil edib.

Birlikdən “Report”a verilən məlumata görə, Sumqayıt şəhərindəki bir sıra mikrorayon və məhəllələrdə keçirilmiş tədbirdə yüzlərlə insan iştirak edib.

Mərasimin təşkilində Respublika Qızıl Aypara Cəmiyyəti Sumqayıt şəhər bölməsinin könüllülərinin də böyük əməyi olub.

Tədbir iştirakçıları xeyirxah aksiyaya görə təşkilatçılara minnətdarlıqlarını bildirib, bu bərabərlik və paylaşma ayında onlarla bir yerdə olduqlarından məmnunluq hissi kecirdiklərini dilə gətiriblər.

Qeyd edək ki, “Azərikimya” Ramazan ayının sonuna qədər iftar süfrələri təşkil edəcək. 

Son xəbərlər

Orphus sistemi