Azərbaycanlı zəvvarların növbəti qrupu Səudiyyə Ərəbistanına yola düşüb

Azərbaycanlı zəvvarların növbəti qrupu Səudiyyə Ərəbistanına yola düşüb Qrupa 360 nəfər daxildir
Din
25 Avqust , 2017 15:16
Azərbaycanlı zəvvarların növbəti qrupu Səudiyyə Ərəbistanına yola düşüb

Bakı. 25 avqust. REPORT.AZ/ Azərbaycandan Həcc ziyarətinə gedən zəvvarların növbəti qrupu Səudiyyə Ərəbistanına yola düşüb.

Qafqaz Müsəlmanları İdarəsindən (QMİ) "Report"a verilən məlumata görə, qrupa 360 nəfər daxildir. 

Zəvvarları aparan təyyarə Ciddə şəhərində yerə enəcək. Ziyarətçilər oradan Məkkəyə gedəcəklər. 

Azərbaycanlı zəvvarların sonuncu qrupu isə avqustun 26-da yola düşəcək.

Qeyd edək ki, bu il Azərbaycandan Həcc ziyarətinə 900 nəfər gedəcək.

Həcc ziyarəti üçün ziyarət paketi 3850 dollardır.

Son xəbərlər

Orphus sistemi