Azərbaycanlı zəvvarları Həcc ziyarətindən gətirəcək təyyarələr gecikir - FOTO

Azərbaycanlı zəvvarları Həcc ziyarətindən gətirəcək təyyarələr gecikir - FOTO Təyyarələr əvvəlcədən təyin olunan vaxtda yola düşməyib
Din
131
12 Sentyabr , 2017 15:44
Azərbaycanlı zəvvarları Həcc ziyarətindən gətirəcək təyyarələr gecikir - FOTO
Report

Bakı. 12 sentyabr. REPORT.AZ/ Azərbaycanlı zəvvarları Səudiyyə Ərəbistanının Mədinə şəhərindən Bakıya gətirəcək təyyarələr gecikir. 

Qafqaz Müsəlmanları İdarəsindən "Report" verilən məlumata görə, təyyarələr əvvəlcədən təyin olunan vaxtda yola düşməyib.

Bildirilib ki, Bakı vaxtı ilə saat 13:10-da birinci, 15:10-da isə zəvvarları gətirəcək ikinci təyyarə yola çıxmalı olsa da, hər iki reysdə gecikmə baş verib. Məlumatda gecikmənin səbəbinin məlum olmadığı qeyd olunub.

Azərbaycan Hava Yollarından "Report"a bildirilib ki, təyyarələrin gecikmə səbəbləri hələ məlum deyil.  

Son xəbərlər

Orphus sistemi