QMİ rəsmisi: "​Azərbaycanlı hacıların yarısı hələ də Səudiyyə Ərəbistanındadır"

QMİ rəsmisi: "​Azərbaycanlı hacıların yarısı hələ də Səudiyyə Ərəbistanındadır" "Onların oktyabrın 2-3-də gələcəyi bildirilir"
Din
1 Oktyabr , 2015 19:17
QMİ rəsmisi: ​Azərbaycanlı hacıların yarısı hələ də Səudiyyə Ərəbistanındadır

Bakı. 1 oktyabr. REPORT.AZ/ "Məkkədə aviareyslərdə yaranmış ləngimələr səbəbindən Vətənə dönə bilməyən azərbaycanlı hacılar qaldıqları otellərdə gecələyir və vaxtında yeməklə təmin olunurlar". Bu barədə "Report"a açıqlamasında Qafqaz Müsəlmanları İdarəsinin İşlər müdiri Hacı Həmdulla Babayev bildirib.

Onun sözlərinə görə, səhhətlərində problem yaranan azərbaycanlılarla bağlı vəziyyət normaldır: "Zəvvarların hər biri sənəd qəbulu zamanı sağlamlıq haqqında arayış təqdim ediblər. Həmin arayışların hamısı bizdə qalır. Haradan necə aldıqlarını deyə bilmərəm. Ola bilsin ki, səhhətlərində problem olmasın, amma yüksək temperatur ürək-qan damar problemlərini ortaya qoydu". 

H.Babayev əlavə edib ki, bəzi yaşlı insanlar gənclərdən daha dayanıqlı olublar: "Nehrəm kəndindən yaşı 80-dən yuxarı olan iki ağsaqqal var idi ki, ziyarətlərini çox rahat başa vurdular".

Qeyd edək ki, azərbaycanlı hacıların yarısı hələ də Səudiyyə Ərəbistanındadır. Onların oktyabrın 2-3-də gələcəyi bildirilir.  

Son xəbərlər

Orphus sistemi