Azərbaycanın daha 19 məscidinə dini rəhbər təyin olunub

Azərbaycanın daha 19 məscidinə dini rəhbər təyin olunub İslam dininə aid ibadət yerlərində (məscidlər) vakant vəzifələrin tutulması üçün avqustun 4-də keçirilmiş müsahibənin nəticələri açıqlanıb.
Din
4 Avqust , 2022 18:07
Azərbaycanın daha 19 məscidinə dini rəhbər təyin olunub

İslam dininə aid ibadət yerlərində (məscidlər) vakant vəzifələrin tutulması üçün avqustun 4-də keçirilmiş müsahibənin nəticələri açıqlanıb.

Bu barədə "Report"a Dini Qurumlarla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.

Qeyd edək ki, məscidlərdə vakant vəzifələrin tutulması üçün bu il mayın 24-dən iyunun 24-dək sənəd qəbulu aparılıb. Ümumilikdə 39 vakant vəzifənin tutulması üçün 270 namizədin sənədi qeydə alınıb.

Nəticələrlə bu linkdə tanış olmaq mümkündür.

Son xəbərlər

Orphus sistemi