Azərbaycandan Həcc ziyarətinə getmək üçün QMİ-yə 650 nəfər sənəd verib

Azərbaycandan Həcc ziyarətinə getmək üçün QMİ-yə 650 nəfər sənəd verib Onların arasında az sayda təkrar sənəd verənlər var
Din
1916
5 Aprel , 2018 16:17
Azərbaycandan Həcc ziyarətinə getmək üçün QMİ-yə 650 nəfər sənəd verib

Bakı. 5 aprel. REPORT.AZ/ Bu il Azərbaycandan Həcc ziyarətinə getmək istəyən 650 nəfər Qafqaz Müsəlmanları İdarəsinə (QMİ) sənəd verib.

“Report”un əldə etdiyi məlumata görə, onların arasında az sayda təkrar sənəd verənlər var. 

Həccə gedənlər üçün təlimlərə Ramazan ayından sonra (iyun ayında) start veriləcək. 

Xatırladaq ki, QMİ-nin Həcc şöbəsi hər gün səhər saat 09.00-dan axşam saat 18.00-dək fasiləsiz işləyir. Sənəd qəbulu iyulun 15-dək davam edəcək.

Həcc ziyarəti avqust ayında olacaq.

Qeyd edək ki, bu il Həcc ziyarəti üçün qiymət 4150 dollar müəyyən edilib. Azərbaycandan təkrar Həcc ziyarətinə gedəcək zəvvarlar ötən il olduğu kimi, əlavə 535 dollar ödəyəcəklər. Həcc ziyarəti üçün Azərbaycana 1200 kvota ayrılıb. Əgər müraciət edənlərin sayı çox olsa, kvota sayı 2000-ə qədər artırıla bilər.

Son xəbərlər

Orphus sistemi