Azərbaycanda qəbiristanlıqlarda öncədən yer götürmək qadağan olunacaq

Azərbaycanda qəbiristanlıqlarda öncədən yer götürmək qadağan olunacaq Mübariz Qurbanlı: “Məzarların hamısı eyni olacaq”
Din
151
28 Dekabr , 2016 10:22
Azərbaycanda qəbiristanlıqlarda öncədən yer götürmək qadağan olunacaq

Bakı. 28 dekabr. REPORT.AZ/ “Məzarlıqlarla bağlı qanun layihəsi Milli Məclisə təqdim olunub. Gələn il bu layihəyə baxılacaq”.

“Report”un xəbərinə görə, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, qanun yalnız yeni salınan məzarlıqlara aid olacaq: “Kimsəsiz insanların necə dəfn olunması məsələsi də qanunda əks olunub. Xüsusi kimsəsizlər qəbiristanlığı salınmayacaq. Yəni, ayrı-seçkilik olmayacaq”.

M.Qurbanlı bildirib ki, layihədə öncədən yer götürmək qadağan olunacaq: “Yalnız şəxsin vəsiyyətinə əsasən, kişidirsə xanımın, xanımdırsa həyat yoldaşının yanında dəfn ediləcək. Məzarların hamısı eyni olacaq. Burada əsas məsələ məzarların dəbdəbəli olmasının qarşısının alınmasıdır”.

Son xəbərlər

Orphus sistemi