Bu il Azərbaycanda dövlət qeydiyyatından keçən dini icmaların statistikası açıqlanıb - EKSKLÜZİV

Bu il Azərbaycanda dövlət qeydiyyatından keçən dini icmaların statistikası açıqlanıb - EKSKLÜZİV 2014-cü ildə qeydə alınmış dini icmaların hamısı müsəlman dini qurumlarıdır
Din
18 Dekabr , 2014 09:52
Bu il Azərbaycanda dövlət qeydiyyatından keçən dini icmaların statistikası açıqlanıb - EKSKLÜZİV

Bakı. 18 dekabr. REPORT.AZ/ 2014-cü ildə Azərbaycanda  9 dini icma dövlət qeydiyyatına alınıb. Bu barədə "Report"un sorğusuna cavab olaraq Azərbaycan Dini Qurumlarla İş üzrə Dövlət Komitəsindən (DQİDK) bildirilib.

Komitədən bildirilib ki, ölkədə dini qurumların yenidən dövlət qeydiyyatına alınması prosesi başlayandan, yəni 1 sentyabr 2009-cu il tarixdən indiyədək ümumilikdə 597 dini qurum icma qeydiyyatdan keçib və hazırda fəaliyyətini davam etdirir. Qeydiyyatdan keçən dini icmaların 576-sı müsəlman, 21-i isə qeyri-müsəlman dini icmalarıdır.

Qeyd edək ki, bu il qeydə alınmış dini icmaların hamısı müsəlman dini qurumlarıdır.

Son xəbərlər

Orphus sistemi