Mübariz Qurbanlı: "Azərbaycan tolerantlıq və multikultural dəyərlərə görə dünyaya nümunə ola biləcək ölkələrdən biridir"

Mübariz Qurbanlı: "Azərbaycan tolerantlıq və multikultural dəyərlərə görə dünyaya nümunə ola biləcək ölkələrdən biridir" Komitə sədri Azərbaycanda səfərdə olan Əl-Cəzirə Araşdırmalar Mərkəzinin baş tədqiqatçısını qəbul edib
Din
27 Avqust , 2015 16:55
Mübariz Qurbanlı: Azərbaycan tolerantlıq və multikultural dəyərlərə görə dünyaya nümunə ola biləcək ölkələrdən biridir

Bakı. 27 avqust. REPORT.AZ/ Azərbaycan Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədri Mübariz Qurbanlı Əl-Cəzirə Araşdırmalar Mərkəzinin Baş Tədqiqatçısı və Əl-Cəzirə Televiziyasının İran məsələləri üzrə müşaviri dr. Fatima Alsmadini qəbul edib. "Report" DQİDK-nin mətbuat xidmətinə istinadən xəbər verir ki, Komitə sədri Azərbaycandakı dini durum və dövlət-din münasibətlərindən danışıb. Mübariz Qurbanlı bildirib ki, Azərbaycanda bu münasibətlər Konstitusiya və "Dini etiqad azadlığı haqqında" qanunla tənzimlənir: "Bu gün Azərbaycan tolerantlıq və multikultural dəyərlərə görə dünyada nümunə ola biləcək ölkələrdən biridir, ölkəmizdə müxtəlif konfessiyalar sərbəst və qarşılıqlı anlaşma şəraitində fəaliyyət göstərirlər".

Daha sonra Dövlət Komitəsinin sədri dr. Fatima Alsmadinin Komitənin fəaliyyəti, Azərbaycanda mövcud olan dini durum, dini icmaların Azərbaycanda fəaliyyəti, eləcə də İslam dünyasında baş verən proseslər barədə suallarını cavablandırıb.

Azərbaycana ilk dəfə səfər etdiyini bildirən Əl-Cəzirə Televiziyasının müşaviri dr. Fatima Alsmadi ölkəyə gəlməzdən öncə müxtəlif mənbələrdən məlumat əldə etdiyini, lakin burada olduğu müddətdə əldə etdiyi məlumatların real vəziyyəti tam əks etdirmədiyini, bir sıra hallarda hətta qərəzli olduğunu deyib. Fatima Alsmadi Azərbaycanın tam sivil, demokratik, dünyəvi, multikultural, tolerant bir ölkə olduğunun şahidi olduğunu vurğulayıb.

Qeyd edək ki, Əl-Cəzirə Araşdırmalar Mərkəzinin Baş Tədqiqatçısı və Əl-Cəzirə Televiziyasının İran məsələləri üzrə müşaviri dr. Fatima Alsmadi Beynəlxalq Avrasiya Mətbuat Fondunun dəvəti ilə Azərbaycanda səfərdədir.  

Son xəbərlər

Orphus sistemi