Azərbaycan "Neva iftarı"ında iştirak edəcək

Azərbaycan "Neva iftarı"ında iştirak edəcək Tədbirin məqsədi vətəndaşları müsəlman respublika və ölkələrin tarixi, mədəniyyəti və adət-ənənələri ilə tanış etməkdir
Din
24 İyun , 2016 11:22
Azərbaycan Neva iftarıında iştirak edəcək

Bakı. 24 iyun. REPORT.AZ/ Sankt-Peterburqda "Nevski iftarı" və ya "Respublika günləri" təşkil ediləcək.

"Report" Rusiya KİV-inə istinadən xəbər verir ki, bu tədbirlər müqəddəs Ramazan ayının son on günündə baş tutacaq.

Hər gecə ayrıca bir ölkəyə və respublikaya həsr olunacaq. Tədbirin məqsədi vətəndaşları müsəlman respublika və ölkələrin tarixi, mədəniyyəti və adət-ənənələri ilə tanış etməkdir.

Artıq Tatarıstan, Qırğızıstan, Pakistan, Özbəkistan, Başqırdıstan və Azərbaycan tədbirdə iştirak etmək arzusunu açıqlayıb.

Tədbir Sankt-Peterburq şəhəri və Leninqrad əyalətinin müsəlmanlarının dini idarəsi və "Safmar" xeyriyyə fondu tərəfindən təşkil olunacaq.

Son xəbərlər

Orphus sistemi