Azərbaycanlı zəvvarlar gələn həftədən Həcc ziyarətinə yola düşəcək

Azərbaycanlı zəvvarlar gələn həftədən Həcc ziyarətinə yola düşəcək Zəvvarları qrup rəhbərləri və həkim briqadası müşayiət edəcək
Din
133
18 Sentyabr , 2014 14:03
Azərbaycanlı zəvvarlar gələn həftədən Həcc ziyarətinə yola düşəcək
Bakı. 18 sentyabr. REPORT.AZ/ Azərbaycan zəvvarlarını Həcc ziyarətinə aparan ilk təyyarə sentyabrın 23-dən 24-ə keçən gecə, saat 01.40 dəqiqədə havaya qalxacaq. Bu barədə “Report”a Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) mətbuat xidmətindən məlumat verilib.

QMİ-dən bildirilib ki, artıq Səudiyyə Ərəbistanında azərbaycanlı zəvvarların bütün təşkilati məsələləri həll olunub. Belə ki, Məkkə və Mədinə səfərlərində həmişə olduğu kimi, bu il də bina və hotellər icarəyə götürülüb, azərbaycanlı zəvvarların nəqliyyatla, gündə iki dəfə yeməklə, mehmanxana və binalarda 24 saat ərzində isti çayla təminatı məsələləri həll edilib.

Ziyarətə gediş reysləri yalnız hava yolu ilə Səudiyyə Ərəbistanına məxsus “Nas” milli aviaşirkəti tərəfindən Bakı-Ciddə marşurutu üzrə, qayıdış reysləri isə Azərbaycan Hava Yollarına (AZAL) məxsus təyyarələrlə həyata keçiriləcək.

Azərbaycanlı zəvvarların gedişi 23-28 sentyabr, qayıdışı isə 11-15 oktyabr tarixlərində nəzərdə tutulub.

Bu il Həcc ziyarətinə təxminən 3600 zəvvar yola düşəcək. Zəvvarları qrup rəhbərləri və həkim briqadası müşayiət edəcək.

Son xəbərlər

Orphus sistemi