Ayətullahul-Uzma Həmədani: "Heydər məscidi müasir üslub və dizaynla tikilib" - FOTO

Ayətullahul-Uzma Həmədani: "Heydər məscidi müasir üslub və dizaynla tikilib" - FOTO "Məscidin islami maarifləndirmədə böyük rolu var"
Din
31 Avqust , 2015 19:20
Ayətullahul-Uzma Həmədani: Heydər məscidi müasir üslub və dizaynla tikilib - FOTO

Bakı. 31 avqust. REPORT.AZ/ "Heydər məscidinin əzəməti bu məscidi tikənlərin peşəkarlığının göstəricisidir". "Report"un xəbərinə görə, bunu Azərbaycanda səfəri çərçivəsində Heydər məscidini ziyarət edən İran İslam Respublikasının tanınmış din xadimi, Ayətullahul-Uzma Şeyx Hüseyn Nuri Həmədani deyib.

O bildirib ki, Heydər məscidi müasir üslub və dizaynla tikilib: "Çox gözəl və möhtəşəm məsciddir. Görünür ki, bu məscidi tikənlər yaxşı çalışıblar və zəhmət çəkiblər".

Din xadimi qeyd edib ki, məscid yalnız ibadət etmək üçün deyil: "İslam peyğəmbərinin gördüyü ilk iş məscid tikmək olub. Məscid mədəniyyət evidir, ictimai əlaqələr yeridir, insanların birgə toplaşdığı yerdir, bu baxımdan məscidin islami maarifləndirmədə böyük rolu var".

Daha sonra Ayətullahul-Uzma Şeyx Hüseyn Nuri Həmədani Heydər məscidinin tikintisinə görə Azərbaycan Prezidenti İlham ƏliyevQafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadəyə təşəkkür edərək məscidə "Quran" hədiyyə edib.

Ayətullahul-Uzma Şeyx Hüseyn Nuri Həmədani bu gün Bibi-Heybət məscidini də ziyarət edib və burada namaz qılıb.

Foto: İsmayıl Nur

Son xəbərlər

Orphus sistemi