Ayasofiya məbədində 85 il sonra azan səsləndirilib

Ayasofiya məbədində 85 il sonra azan səsləndirilib Ayasofiya muzeyində “Qədr gecəsi” mərasimi təşkil edilib
Din
2 İyul , 2016 11:44
Ayasofiya məbədində 85 il sonra azan səsləndirilib

Bakı. 2 iyul. REPORT.AZ/ Türkiyənin İstanbul şəhərindəki Ayasofiya məbədində 85 il sonra azan səsləndirilib. 

“Report”un “Anadolu”ya istinadən verdiyi məlumata görə, Türkiyə dəyanət işləri başqanı Mehmet Görməz Ayasofiya muzeyində təşkil edilmiş “Qədr gecəsi” mərasiminə qatılıb. 

Tədbirdə ilahiyyatçılar, müəzzinlər, hafizlər və başqaları da iştirak ediblər. Mərasimdə “Qurani Kərim” və ilahilər oxunub, dualar edilib. Sonda sübh azanı səsləndirilib. 

Son xəbərlər

Orphus sistemi