​Almaniyada 100 min nəfər antiislamçılara qarşı nümayişə çıxıb

​Almaniyada 100 min nəfər antiislamçılara qarşı nümayişə çıxıb Aksiya iştirakçıları "Pegida" antiislam hərəkatına qarşı çıxış ediblər
Din
13 Yanvar , 2015 02:46
​Almaniyada 100 min nəfər antiislamçılara qarşı nümayişə çıxıb
Bakı. 13 yanvar. REPORT.AZ/ Almaniyada antiislam aksiyalarına qarşı nümayişlərdə təqribən 100 min nəfər iştirak edib.

"Report" "Franc-Press"ə istinadən xəbər verir ki, etiraz aksiyaları Almaniyanın bir çox şəhərlərində keçirilib.

Aksiya iştirakçıları "Pegida" antiislam hərəkatına qarşı çıxış ediblər.

Məlumata görə, Leypsiqdə keçirilən etiraz aksiyasında 30 min, Münhendə 20 min, Hannoverdə 17 min nəfər iştirak edib. Nümayişlər, həmçinin Berlin, Hamburq və Düsseldorfda keçirilib.

Son xəbərlər

Orphus sistemi