Allahşükür Paşazadə Türkiyə baş nazirinin baş müşaviri ilə görüşüb

Allahşükür Paşazadə Türkiyə baş nazirinin baş müşaviri ilə görüşüb “Ən ağır gündə biz azərbaycanlıların gözü sizdə olur"
Din
11 Mart , 2015 12:40
Allahşükür Paşazadə Türkiyə baş nazirinin baş müşaviri ilə görüşüb

Bakı. 11 mart. REPORT.AZ/ Qafqaz Müsəlmanları İdarəsində (QMİ) sədri Şeyxülislam Hacı Allahşükür Paşazadə Bakıda səfərdə olan Türkiyə baş nazirinin baş müşaviri Bəkir Karlığa ilə görüşüb. "Report"un məlumatına görə, görüşdə Şeyxülislam bildirib ki, Azərbaycan və Türkiyə arasında münasibətlər qardaşlıq nümunəsidir.

O qeyd edib ki, qardaş ölkələr arasında heç vaxt problem olmur: “Ən ağır gündə biz azərbaycanlıların gözü sizdə olur. Yaxın tarixdə Azərbaycanın başına gələn təcavüzlərdə, faciələrdə Türkiyə həmişə bizimlə olub. Müstəqil Azərbaycan dövləti ilə Türkiyə arasındakı, dövlət başçıları arasındakı qardaş münasibətlər sevindiricidir. Qarabağ məsələsində dərdimizə şəriksiniz. Bu artıq bizim ortaq problemimizdir”. Şeyx qonağın dinlər arası münasibətlərin tənzimlənməsində rolunu da yüksək qiymətləndirərək onu əsl islam alimi adlandırıb.

B.Karlığa da iki ölkə arasında olan münasibətlərin qardaş münasibətlər olduğunu vurğulayaraq, Heydər Əliyevin “bir millət iki dövlət” ifadəsini xatırladaraq bunun bu gün əsl deviz olduğunu deyib. O, həmçinin qeyd edib ki, bu gün dünyanı təhdid edən müharibələr, terrorlar əsasən İslam ölkələrində baş verir və islam xadimləri buna qarşı bir olmalıdır. Daha sonra görüş mətbuata qapalı davam edib.

Son xəbərlər

Orphus sistemi