Allahşükür Paşazadə: "Şuşa məscidində şiə və sünni qardaşlarımız birlikdə ibadət etdilər"

Allahşükür Paşazadə: "Şuşa məscidində şiə və sünni qardaşlarımız birlikdə ibadət etdilər" "Qarabağ torpağında olan bütün dini abidələrimiz bərpa olunacaq".
Din
333
13 May , 2021 10:33
Allahşükür Paşazadə: Şuşa məscidində şiə və sünni qardaşlarımız birlikdə ibadət etdilər

"Qarabağ torpağında olan bütün dini abidələrimiz bərpa olunacaq".

"Report" xəbər verir ki, bunu Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə Təzəpir məscidində qılınan Ramazan bayramı namazı mərasimində deyib.

"Şuşadan gələn azan səsi bizi çox sevindirir. Bu gün Şuşa məscidində bizim şiə və sünni qardaşlarımız birlikdə ibadət etdilər. Bu, rəmzi idi. Allah bizə nəsib edəcək, həm Şuşada, həm də azad olunan digər yerlərdə birlikdə ibadətlər edəcəyik", - o əlavə edib.

Son xəbərlər

Orphus sistemi