Allahşükür Paşazadə Səudiyyə Ərəbistanına gedir

Allahşükür Paşazadə Səudiyyə Ərəbistanına gedir Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə Səudiyyə Ərəbistanı Krallığının İslam İşləri, dəvət və irşad naziri Şeyx Əbdüllətif Al Əş-Şeyxin dəvətilə 19-24 mart tarixlərində bu ölkədə rəsmi səfərdə olacaq.
Din
18 Mart , 2023 11:55
Allahşükür Paşazadə Səudiyyə Ərəbistanına gedir
Allahşükür Paşazadə

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə Səudiyyə Ərəbistanı Krallığının İslam İşləri, dəvət və irşad naziri Şeyx Əbdüllətif Al Əş-Şeyxin dəvəti ilə 19-24 mart tarixlərində bu ölkədə rəsmi səfərdə olacaq.

Bu barədə "Report"a QMİ-dən məlumat verilib.

Bildirilib ki, səfər çərçivəsində QMİ sədri A.Paşazadə səudiyyəli nazir Şeyx Əbdüllətif Al Əş-Şeyx ilə görüşəcək, ikitərəfli münasibətlər və qarşılıqlı maraq doğuran məsələlər ətrafında müzakirələr aparacaqdır.

Səfər müddətində A.Paşazadənin İslam Aləmi Liqası təşkilatının Baş katibi Məhəmməd bin Əbdülkərim Əl-İsa, İslam Əməkdaşlıq Təşkilatının Baş Katibi Hissein Brahim Taha, Səudiyyə Krallığının rəsmiləri ilə də görüşləri nəzərdə tutulur.

Son xəbərlər

Orphus sistemi