Allahşükür Paşazadə: "Rus patriarxı Kiril Dağlıq Qarabağ münaqişəsində ədalətli mövqe tutur"

Allahşükür Paşazadə: "Rus patriarxı Kiril Dağlıq Qarabağ münaqişəsində ədalətli mövqe tutur" "Qaragen mənimlə görüşə gəlmədi"
Din
618
13 Aprel , 2016 10:38
Allahşükür Paşazadə: Rus patriarxı Kiril Dağlıq Qarabağ münaqişəsində ədalətli mövqe tutur

Bakı. 13 aprel. REPORT.AZ/ Rus patriarxı Kiril Dağlıq Qarabağ münaqişəsində ədalətli mövqe tutur və münaqişənin sülh yolu ilə həll edilməsinin tərəfdarıdır. “Report”un məlumatına görə, bunu Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, Şeyxülislam Allahşükür Paşazadə şəhidlərin xatirəsinə həsr olunan tədbirdə deyib. 

"Bu məsələlərdə patriarx Kirilə də təşəkkür edirəm. Patriarx Qarabağ məsələsinin ədalətli həllinə tərəfdardır. O həmişə erməni məni Qaragenlə görüşdürmək istəyir və son hadisələrdən sonra da görüşdürmək istədi, lakin Qaragen mənimlə görüşə gəlmədi”.

A.Paşazadə əlavə edib ki, Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyyevin siyasəti düzgün siyasətdir: “Başımızda əmmamə olsa da, bir əsgər kimi həmişə dövlət başçımızın yanındayıq”.

Son xəbərlər

Orphus sistemi