Allahşükür Paşazadə dindarlara xəbərdarlıq edib

Allahşükür Paşazadə dindarlara xəbərdarlıq edib ​“İstər mətbuatda, istərsə də xütbələrdə Azərbaycandan başqa digər ölkədə baş verən hər hansı problemə toxunmaq, o barədə danışmaq yolverilməzdir”
Din
24 may 2017 08:13
Allahşükür Paşazadə dindarlara xəbərdarlıq edib
Report.az

Bakı. 24 may. REPORT.AZ/ “İstər mətbuatda, istərsə də xütbələrdə Azərbaycandan başqa digər ölkədə baş verən hər hansı problemə toxunmaq, o barədə danışmaq yolverilməzdir”.

“Report” xəbər verir ki, bunu Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə Ramazan ayı ilə bağlı keçirilən iclasda axund və imamlara, o cümlədən digər din xadimlərinə müraciətdə deyib.

O, din xadimlərinə xəbədarlıq edərək qeyd edib ki, bundan sonra din xadimləri bu məsələlərdə qəti şəkildə diqqətli olmalıdırlar: “Ancaq Azərbaycanda baş verənlərlə bağlı danışın, fikirlərinizi bildirin. Bundan başqa, hər hansı bir ölkədə, fərqi yoxdu qonşu ya uzaq ölkə olsun, bu barədə danışmayın, o ölkələrin işinə qarışmayıb”.

Son xəbərlər

Orphus sistemi