Allahşükür Paşazadə Çeçenistana gedir

Allahşükür Paşazadə Çeçenistana gedir Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, şeyxülislam Allahşükür Paşazadə martın 29-da Qroznı şəhərinə gedəcək.
Din
28 Mart , 2019 15:12
Allahşükür Paşazadə Çeçenistana gedir
QMİ sədri Şeyxülislam Allahşükür Paşazadə / Report/ Firi Salim

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, şeyxülislam Allahşükür Paşazadə martın 29-da Qroznı şəhərinə gedəcək.

İdarədən "Report"a verilən məlumata görə, səfər Rusiya Federasiyası Çeçenistan Respublikasının başçısı Ramzan Kadırovun dəvəti ilə həyata keçirilir. 

QMİ sədri Qroznıda Rusiya Qəhrəmanı Əhməd Kadırov adına regional ictimai Fondun və İslam mədəniyyəti, elm və təhsilə dəstək Fondunun birgə təşkilatçılığı ilə keçirilən “İslam sülh və mərhəmət carçısıdır” adlı beynəlxalq dini konfransda iştirak edəcək.

A.Paşazadə tədbirdə məruzə ilə çıxış edəcək.

Səfər çərçivəsində QMİ sədri respublika rəsmiləri, konfransda iştirak edən Qafqaz Xalqları Ali Dini Şurasının üzvləri, habelə xarici qonaqlarla görüşlər keçirəcək.

Son xəbərlər

Orphus sistemi