Bakı. 2 dekabr. REPORT.AZ/ Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə Belarusun Azərbaycana yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Gennadi Axramoviçi qəbul edib.
Bu barədə "Report"a QMİ-dən məlumat verilib.
Görüşdə Azərbaycan və Belarus xalqları arasında dostluq, qardaşlıq əlaqələrinin yüksək səviyyəsindən məmnunluq bildirilib. Bu tarixi, ənənəvi əlaqələrin inkişafında dini-mənəvi əməkdaşlığın da böyük rolu olduğu əlavə olunub.
Qafqaz Müsəlmanları İdarəsi ilə Belarusun dini mərkəzi – Patriarx Ekzarxlığı arasında dinlərarası dialoq sahəsində müsbət iş təcrübəsinin olduğu vurğulanıb.