Allahşükür Paşazadə: "Azərbaycan dinlərarası əlaqələrin mərkəzinə çevrilib"

Allahşükür Paşazadə: "Azərbaycan dinlərarası əlaqələrin mərkəzinə çevrilib" Bakı. 25 oktyabr. REPORT.AZ/ Azərbaycan dövləti və xalqı multikultural dəyərlərə çox böyük önəm verir.
Din
25 Oktyabr , 2018 17:44
Allahşükür Paşazadə: Azərbaycan dinlərarası əlaqələrin mərkəzinə çevrilib
QMİ sədri Şeyxülislam Allahşükür Paşazadə / Report/ Firi Salim
0 : 00
0 : 00

Bakı. 25 oktyabr. REPORT.AZ/ "Azərbaycan dövləti və xalqı multikultural dəyərlərə çox böyük önəm verir".

"Report" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə deyib.

O bildirib ki, Azərbaycan xalqı humanist olmaqla yanaşı, həmişə başqa dinlərə və digər dövlətlərdə yaşayan insanlara qarşı loyal münasibət bəsləyib: "Azərbaycanda dilindən, dinindən asılı olmayaraq yaşayan hər bir insan öz dil, din azadlığını qoruya bilir. Bununla da dünyaya göstəririk ki, Azərbaycan xalqı tolerant xalqdır".

A.Paşazadə qeyd edib ki, Azərbaycan dinlərarası əlaqələrin mərkəzinə çevrilib: "Azərbaycan yaralı dövlətdir. 20 faiz torpağımız işğal olunub, məscidlərimiz qəsb edilib, ibadətgahlarımız, qəbrlərimiz xarabalığa çevrilib. Buna baxmayaraq, Azərbaycan xalqı yenə də humanist xalqdır. Bunu da bütün dünyaya göstəririk. Xalqımız öz qələbəsinə inanır. İnanıram ki, biz qələbə qazanacağıq, torpaqlarımız işğaldan azad ediləcək.

Bu gün biz əzab çəkən bir xalq kimi, eləcə də bütün din xadimləri dünyaya car çəkirik ki, torpaqlarımız zəbt olunmasın, münaqişələr həll edilsin, humanist olaq, bir-birimizə hörmətlə yanaşaq, dövlətlərin qanunlarına hörmət edək. Bu baxımdan, belə humanitar forumlar bizim üçün çox önəmlidir. Belə forumlar bizim varlığımızı, yüksəkliyimizi göstərir". 

Son xəbərlər

Orphus sistemi