Allahşükür Paşazadə axund və imamlara məzhəb ayrı-seçkiliyi salmağı qadağan edib

Allahşükür Paşazadə axund və imamlara məzhəb ayrı-seçkiliyi salmağı qadağan edib “Əgər Dini Komitənin əməkdaşları bununla bağlı hər hansı siqnal mənə çatdırsalar, dərhal tədbir görüləcək”
Din
24 May , 2017 12:40
Allahşükür Paşazadə axund və imamlara məzhəb ayrı-seçkiliyi salmağı qadağan edib
Report.az

Bakı. 24 may. REPORT.AZ/ “Ramazan ayı boyunca dindarların çıxışlarında, xüsusilə də axund və imamların möizələrində məzhəb adı çəkməyi, sünni və şiə fərqləndirmələri qəti qadağandır”.

“Report” xəbər verir ki, bunu Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Hacı Allahşükür Paşazadə Ramazan ayı ilə bağlı keçirilən iclasda deyib.

O bildirib ki, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin bu məsələ üzrə monitorinq keçirən əməkdaşları bununla bağlı ona məlumat verdiyi halda həmin dindar barəsində tədbir görəcək: “Çünki bu məsələ bizi hər zaman narahat edir”.

QMİ sədri əlavə edib ki, Dövlət Komitəsi ilə bu məsələdə birgə nəzarət həyata keçiriləcək: “Ona görə də indidən sizə deyirəm, ay boyunca, ümumiyyətlə çıxış və möizələrinizdə məzhəb adı çəkərək fərqliliyə yol vermək, məzhəb ayrı-seçkiliyi salacaq ifadələr işlətməyi qadağan edirəm. Əgər Dini Komitənin əməkdaşları bununla bağlı hər hansı siqnal mənə çatdırsalar, dərhal tədbir görüləcək. Çünki bizdə məzhəb fərqliliyi yoxdur və olmayacaq".

Son xəbərlər

Orphus sistemi