ABŞ Azərbaycanı din azadlığının təmin olunduğu ölkələr siyahısına daxil edib

ABŞ Azərbaycanı din azadlığının təmin olunduğu ölkələr siyahısına daxil edib ABŞ hökuməti tərəfindən din azadlığı pozulmuş ölkələrlə bağlı ictimaiyyətə məlumat verilib, eyni zamanda ABŞ-ın Beynəlxalq Din Azadlığı Komissiyasının (BDAK) bununla əlaqədar bəyanatı dərc edilib.
Din
1595
23 Dekabr , 2020 11:03
ABŞ Azərbaycanı din azadlığının təmin olunduğu ölkələr siyahısına daxil edib
0 : 00
0 : 00

ABŞ-ın Beynəlxalq Din Azadlığı Komissiyasının (BDAK) dünyada dini vəziyyətlə bağlı bəyanatı dərc edilib.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsindən "Report"a bildirilib ki, eyni zamanda ABŞ hökuməti tərəfindən din azadlığın pozulduğu ölkələrlə bağlı ictimaiyyətə məlumat verilib.

Dövlət Departamentinin məlumatında 1998-ci il tarixli Beynəlxalq Dini Etiqad Azadlığı Aktına əsasən, ölkələr “xüsusi narahatlıq yaradan” və “xüsusi izləmə” olmaqla 2 təsnifat üzrə qruplaşdırılıb.

“BDAK-ın bəyanatında komissiya tərəfindən dərc edilən 2020-ci il hesabatında növbəti dəfə ədalətsizliyə yol verilərək bir sıra ölkələrlə yanaşı, Azərbaycanın da “xüsusi izləmə“ siyahısına daxil olunması tövsiyəsi xatırladılmışdır. Lakin ABŞ-ın dövlət katibinin tövsiyəsi əsasında Azərbaycan bu il “xüsusi narahatlıq yaradan” və ya “xüsusi izləmə” siyahılarına daxil edilməyib", - Dövlət Komitəsindən bildirilib.

Son xəbərlər

Orphus sistemi