Yuxarı
    Bağlamaq

    Zaqatalada Azərbaycanın tolerantlıq ənənələrindən bəhs edən treninq keçirilib

    Seminar-treninqlərdə həmçinin dini icma nümayəndələrini maraqlandıran bir sıra suallara cavab verilib

    Bakı. 25 avqust. REPORT.AZ/ Zaqatalada Azərbaycanın tolerantlıq ənənələrindən bəhs edən seminar-treninq keçirilib.

    Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) mətbuat xidmətindən Report-a verilən məlumata görə, DQİDK-nın, İƏT Gənclər Forumu, Milli Tolerantlıq Mərkəzinin, yerli icra hakimiyyəti orqanlarının nümayəndələri, dini icma rəhbərləri və rayon ziyalılarının iştirakı ilə keçirilən seminar-treninqdə çıxışlarda Azərbaycanın tolerantlıq ənənələri, dinlərarası münasibətlərdən danışılıb.

    Eyni zamanda, şimal-qərb bölgəsinin həssas rayonlarından olan Zaqatalada bu ənənələrin yaşadılmasının əhəmiyyəti qeyd edilib.

    Bildirilib ki, dini maarifləndirmə sahəsinə daha diqqətlə yanaşılmalı, gəncləri qeyri-ənənvi və radikal cərəyanların təsirinə düşməkdən qorumaq məqsədilə İslam dininin düzgün çatdırılmasına din xadimləri xüsusi əhəmiyyət verməlidirlər.

    Seminar-treninqlərdə həmçinin dini icma nümayəndələrini maraqlandıran bir sıra suallara cavab verilib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi