QMİ sədri: "Yaxın vaxtlarda Azərbaycanda yeni məscidlər istifadəyə veriləcək"

QMİ sədri: "Yaxın vaxtlarda Azərbaycanda yeni məscidlər istifadəyə veriləcək" "Əvvəllər ölkədə məscidlərin sayı az olduğundan insanlar Aşura günündə küçələrə çıxırdı"
Din
12 Oktyabr , 2016 13:05
QMİ sədri: Yaxın vaxtlarda Azərbaycanda yeni məscidlər istifadəyə veriləcək

Bakı. 12 oktyabr. REPORT.AZ/ "Yaxın vaxtlarda Azərbaycanda zəruri yerlərdə yeni məscidlər istifadəyə veriləcək". 

"Report" xəbər verir ki, bunu jurnalistlərə Qafqaz Müsəlmanları İdarəsinin sədri, şeyxülislam Allahşükür Paşazadə deyib.

Onun sözlərinə görə, əvvəllər ölkədə məscidlərin sayı az idi: "Ona görə də insanlar Aşura günündə küçələrə çıxırdı. Amma bu gün Azərbaycanda kifayət qədər məscid var. Bu baxımdan insanlara Aşura mərasimlərini məscidlərdə keçirməyi tövsiyə etmişik. Hazırda bu şəkildə də davam edir".

QMİ sədri bildirib ki, bu gün "Təzəpir" məscidində keçirilən qanvermə aksiyasında bütün sünnilərin müftisi hacı Salman Musayev iştirak edib: "Digər məscidlərdə də sünnilərlə şiələr bir yerdə qanvermə aksiyasına, Aşura mərasimlərinə qatılıblar".

Son xəbərlər

Orphus sistemi