Yardımlıda “Milli-mənəvi dəyərlərimiz və gənclik” mövzusunda tədbir keçirilib

Yardımlıda “Milli-mənəvi dəyərlərimiz və gənclik” mövzusunda tədbir keçirilib Kompleks tədbirlərin həyata keçirilməli olduğu vurğulanıb
Din
26 Dekabr , 2016 20:48
Yardımlıda “Milli-mənəvi dəyərlərimiz və gənclik” mövzusunda tədbir keçirilib

Bakı 26 dekabr. REPORT.AZ/ Yardımlı rayonu Çayüzü kənd məscidi dini icması “Gənclərimizin radikal dini cərəyanlardan qorunması” adlı layihə çərçivəsində “Milli-mənəvi dəyərlərimiz və gənclik” mövzusunda tədbir keçirib.

Komitədən "Report"a verilən məlumata görə, tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Masallı bölgəsi üzrə şöbəsinin məsləhətçisi Elvin Hüseynli, Yardımlı Rayon İcra Hakimiyyəti başçısı Aparatının Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyasının məsul katibi Kərəm Hüseynov, Çayüzü kənd məscidi dini icmasının sədri Əli Orucov, dindarlar, gənclər, ziyalılar və ağsaqqallar iştirak ediblər.

Dövlət Komitəsinin Masallı bölgəsi üzrə şöbəsinin məsləhətçisi Elvin Hüseynli layihə çərçivəsində sağlam dini biliklərə söykənən maarifləndirmə işinin aparılmasının dövrün tələbi olduğunu bildirib. Qeyd edib ki, gənc nəslin radikal dini cərəyanlardan qorunması, milli-mənəvi dəyərlərimizə hörmətlə yanaşılması, gənclərin zərərli vərdişlərdən uzaqlaşdırılması, müasir və sağlam düşüncəli gənclərin yetişdirilməsi hər kəsin vətəndaşlıq borcudur.

Çayüzü kənd məscidi dini icmasının sədri Əli Orucov, Yardımlı RİH başçısı Aparatının Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyasının məsul katibi Kərəm Hüseynov, dindar Salman Hüseynov, müəllim Zaur Həsənov və başqaları çıxışlarında milli-mənəvi dəyərlətimizə sahib çıxmaq üçün kompleks tədbirlərin həyata keçirilməli olduğunu vurğulayıblar.

Son xəbərlər

Orphus sistemi