Yardımlıda məzhəblərarası dialoqun təşviqi mövzusunda tədbir keçirilib

Yardımlıda məzhəblərarası dialoqun təşviqi mövzusunda tədbir keçirilib Tədbirdə mövzu ilə bağlı çıxışlar dinlənilib
Din
13 Fevral , 2017 19:29
Yardımlıda məzhəblərarası dialoqun təşviqi mövzusunda tədbir keçirilib

Bakı 13 fevral. REPORT.AZ/ Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin ( DQİDK) dəstəyi ilə Yardımlı rayonu Çayüzü kənd məscidi dini icmasının “Gənclərimizin radikal dini cərəyanlardan qorunması” adlı layihə çərçivəsində “Multikulturalizm və məzhəblərarası dialoqun təşviqi” mövzusunda tədbir keçirilib.

Komitədən "Report"a verilən məlumata görə, tədbirdə DQİDK-nın Masallı bölgəsi üzrə şöbəsinin əməkdaşı Elvin Hüseynli, Yardımlı şəhər 2 saylı tam orta məktəbin direktoru Xədicə Abdullayeva, Yardımlı Rayon Gənclər və İdman İdarəsinin əməkdaşı Şəhriyar Şəbiyev, Çayüzü kənd məscidi dini icmasının sədri Əli Orucov, gənclər və müəllimlər iştirak ediblər.

DQİDK-nın Masallı bölgəsi üzrə şöbəsinin məsləhətçisi Elvin Hüseynli Azərbaycanda multikultural dəyərlərin qorunması üçün atılan addımlardan söhbət açıb, bu sahədə ötən il qazanılan uğurları xüsusi qeyd edib.

Tədbirdə Çayüzü kənd məscidi dini icmasının sədri Əli Orucov, Yardımlı Rayon Gənclər və İdman İdarəsinin əməkdaşı Şəhriyar Şəbiyev və digərlərinin də mövzu ilə bağlı çıxışları dinlənilib.

Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb və Dövlət Komitəsinin dini maarifləndirmə ilə bağlı nəşr etdirdiyi kitabçalar və digər çap məhsulları paylanılıb. 

Son xəbərlər

Orphus sistemi