​Milli Məclisdə xaricdə dini təhsilin qadağan olunması təklif edilib

​Milli Məclisdə xaricdə dini təhsilin qadağan olunması təklif edilib "Ordubad-Culfa yolunun təmirinə ehtiyac olsa da vəsait çatışmazlığından bu həll edilmir"
Din
29 May , 2015 14:02
​Milli Məclisdə xaricdə dini təhsilin qadağan olunması təklif edilib

Bakı. 29 may. REPORT.AZ/ Deputat Zahid Oruc Milli Məclisin bugün keçirilən yaz sessiyasının sonuncu plenar iclasında Azərbaycanda dini təhsilin pulsuz olması ilə bağlı təkliflə çıxış edib. “Report”un verdiyi xəbərə görə, Z.Oruc bildirib ki, xaricdə dini təhsil qadağan edilməlidir. Onun sözlərinə görə, xaricdə dini təhsil alanlar, Suriya, Türkiyədə, İranda və s. ölkələrdən həm də xüsusi modelləri, həmin ölkələrin din siyasətini gətirirlər.

O, həmçinin Azərbaycan Beynəlxalq Bankı ətrafında yayılan xəbərlərlə bağlı danışıb və bildirib ki, bu bankın səhmlərinin 51%- i dövlətə məxsusdur. Onun sözlərinə görə, bu bankın sərəncamında 8 mlrd. manat vəsait var: "Ona görə də təklif edirəm ki, Azərbaycan Beynəlxalq Bankının fəaliyyəti ölkənin hesabatına daxil olunsun".

Millət vəkili, həmçinin son zamanlar müxtəlif insanların mülklərinin müsadirəsi məsələsinə toxunaraq bildirib ki, mülkiyyət toxunulmazlığı iqtisadi inkişaf üçün olduqca önəmli məqamlardandır.
Deputat Qüdrət Həsənquliyev isə çıxışında Naxçıvana vəsait qoyuluşunun azalması məsələsinə də toxunub və bildirib ki, son iki ildə Naxçıvana əsaslı vəsait qoyuluşu 2 dəfə azalıb. Onun sözlərinə görə, Ordubad-Culfa yolunun təmirinə ehtiyac olsa da vəsait çatışmazlığından bu həll edilmir: "Odur ki, növbəti büdcədə bunun nəzərə alınmasını təklif edirəm".

Son xəbərlər

Orphus sistemi