Vətəndaşlar məscidlərin təmiri ilə bağlı Mübariz Qurbanlıya müraciət edib

Vətəndaşlar məscidlərin təmiri ilə bağlı Mübariz Qurbanlıya müraciət edib Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Siyəzəndə vətəndaşları qəbul edib
Din
29 Mart , 2015 17:19
Vətəndaşlar məscidlərin təmiri ilə bağlı Mübariz Qurbanlıya müraciət edib

Bakı. 29 mart. REPORT.AZ/ Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı bu gün Siyəzəndəki Heydər Əliyev Mərkəzində bu rayondan, eləcə də Xaçmaz və Şabran rayonlarından olan sakinləri qəbul edib. Bu barədə "Report"a Komitədən məlumat verilib.

Qəbulda vətəndaşlar əsasən məscidlərin təmiri, dini icmaların fəaliyyəti, onların dövlət qeydiyyatına alınması, dini kitabların və ləvazimatların satışı üçün mağazaların lisenziyası və digər məsələlərlə bağlı müraciət ediblər.

Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı vətəndaşların müraciətlərini diqqətlə dinləyərək bəzilərinin həlli, bəzilərinin isə araşdırılması üçün göstərişlər verib. 15 nəfərədək vətəndaşı qəbul edən komitə sədri bir sıra müraciətləri yerindəcə həll edib. Komitənin səlahiyyətlərinə aid olmayan məsələlərlə bağlı müraciətlər isə baxılması və müvafiq tədbirlərin görülməsi üçün aidiyyəti qurumlara çatdırılmaq məqsədilə qeydiyyata alınıb.

Qəbuldan sonra Komitə sədri Siyəzən rayonunda fəaliyyət göstərən dini icmaların üzvləri, ağsaqqallar və gənclərlə görüşüb.

Daha sonra görüş iştirakçıları Siyəzən şəhərindəki "Cümə" məscidini ziyarət edib, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən məscidə müvafiq ədəbiyyatlar təqdim olunub.

Son xəbərlər

Orphus sistemi