Uşaq və yeniyetmələr üçün hazırlanan “Qısa İslam ensiklopediyası” ictimaiyyətə təqdim edilib

Uşaq və yeniyetmələr üçün hazırlanan “Qısa İslam ensiklopediyası” ictimaiyyətə təqdim edilib Bakı. 5 aprel. REPORT.AZ/ Azərbaycanda ilk dəfə uşaq və yeniyetmələr üçün hazırlanan “Qısa İslam ensiklopediyası” ictimaiyyətə təqdim edilib.
Din
5 Aprel , 2018 17:24
Uşaq və yeniyetmələr üçün hazırlanan “Qısa İslam ensiklopediyası” ictimaiyyətə təqdim edilib

Bakı. 5 aprel. REPORT.AZ/ Azərbaycanda ilk dəfə uşaq və yeniyetmələr üçün hazırlanan “Qısa İslam ensiklopediyası” ictimaiyyətə təqdim edilib.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Mətbuat xidmətindən "Report"a verilən məlumata görə, ensiklopediya hazırlanarkən ona daxil edilən hər bir termin və anlayışın məzmunu dəfələrlə müzakirə olunub, ekspertiza edilərək bir daha aydınlaşdırılıb, məqalələr müvafiq qurumlara göndərilərək baxılıb, redaksiya heyətinin üzvlərinin, eyni zamanda bu sahənin ekspertlərinin tövsiyə və təklifləri nəzərə alınıb. 

Ensiklopediya, əsasən, uşaq və yeniyetmələr üçün nəzərdə tutulsa da, əslində geniş oxucu kütləsinə xitab edir. 750-ə yaxın məqalədən ibarət ensiklopediyanın hazırlanmasında bütün yaş kateqoriyaları nəzərə alındığından məqalələr mümkün qədər sadə, anlaşıqlı və axıcı dildə yazılıb. Üzərində Cənubi Qafqazın ən böyük məscidi sayılan Heydər məscidinin təsvir olunduğu mavi-göy cilddə tərtib olunmuş ensiklopediyanın peşəkar səviyyədə hazırlanması üçün bir çox ölkənin təcrübəsi araşdırılıb, məqalələr yazılarkən lakoniklik, konkretlik və obyektivlik prinsiplərinə əməl olunub. Bu zaman müxtəlif dillərdə çap olunmuş elmi, dini ədəbiyyata, internet resurslarına, xüsusən də ölkədə işıq üzü görən nəşrlərə müraciət edilib.

 “Qısa İslam ensiklopediyası”nda müxtəlif dini abidələrin, görkəmli şəxsiyyətlərin rəsmlərinin, İslam-Şərq miniatürlərinin və s. müşayiəti ilə verilib. 

Qeyd edək ki, ensiklopediyanın hazırlanması və nəşri üçün Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı, Qafqaz Müsəlmanları İdarəsinin sədri, şeyxülislam Allahşükür Paşazadə, akademiklər İsa Həbibbəyli, Vasim Məmmədəliyev, Gövhər Baxşəliyeva və digər mütəxəssislərdən ibarət redaksiya heyəti yaradılmışdı.

Son xəbərlər

Orphus sistemi