Ümrə ziyarətini başa vuran zəvvar qrupu Azərbaycana qayıdıb

Ümrə ziyarətini başa vuran zəvvar qrupu Azərbaycana qayıdıb Onlardan 48 nəfəri qadın, 12-si kişidir
Din
27 Mart , 2017 11:30
Ümrə ziyarətini başa vuran zəvvar qrupu Azərbaycana qayıdıb

Bakı. 27 mart. REPORT.AZ/ Azərbaycandan Ümrə ziyarətinə gedən 60 nəfərlik qrup Vətənə qayıdıb.

Bu barədə "Report"a Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) nümayəndəsi, Azərbaycanın Həcc missiyasının üzvü Həmdulla Babayev məlumat verib.

Onun sözlərinə görə, ziyarət dövründə zəvvarların səhhətində heç bir problem olmayıb: "Zəvvarlar öz ibadətlərini sağ-salamat şəkildə sona çatdırıblar. Hazırda orada havanın temperaturu 30-32 dərəcə təşkil etdiyindən ziyarətçilər hava şəraiti ilə bağlı çətinliklər də yaşamırlar. Növbəti qrupun ziyarətə nə zaman gedəcəyi hələlik məlum deyil".

Qeyd edək ki, martın 17-də Ümrə ziyarətinə yola düşən qrup 60 nəfərdən ibarət idi. Zəvvarların 48 nəfəri qadın, 12-si kişi olub. Onlardan 30 nəfəri 2 230, 30 nəfəri isə 1 590 dollarlıq xidmət paketindən istifadə ediblər.

Son xəbərlər

Orphus sistemi